Useyn Bolt hesabı ödəmədən gecə klubundan qaçıb
Fərdi
- 18 sentyabr, 2015
- 12:05
Bakı. 18 sentyabr. REPORT.AZ/ Dünyanın ən sürətli adamı kimi tanınan Useyn Bolt İngiltərənin paytaxtı Londonda yerləşən gecə klublarının birində hesabı ödəmədən qaçıb. "Report"un məlumatına görə, yamaykalı sprinter sifarişin qarşılığında təxminən 13 min avro dəyərindəki hesabı ödəməyib.
"Mayfair" klubunun işçi heyəti müxtəlif içkilər sifariş etdikdən sonra məkanı tərk edən atletin arxasınca getsələr də, çata bilməyiblər. Ancaq səhəri gün 11 qat dünya və 6 qat olimpiya çempionu kluba gələrək hesabı ödəyib və hərəkətinə görə üzr istəyib.
Qeyd edək ki, Useyn Bolt 100 metr məsafəyə qaçışda 9.58 saniyəyə, 200 metr məsafəyə isə 19.19 saniyəyə qaçaraq dünya rekordlarının sahibi olub.
Son xəbərlər
00:48
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazanıb
Futbol00:21
İran istənilən neft ixrac marşrutuna hücuma hazır olduğunu bildirib
Region23:55
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Digər ölkələr23:31
Goranboyda yol qəzasında ölənlərin və xəsarət alan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə23:21
Dəməşqdə avtobus partladılıb, güc strukturunun bir neçə əməkdaşı yaralanıb
Digər ölkələr23:00
Aİ ölkələri artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiqini təklif edirlər
Digər ölkələr22:39
Premyer Liqa: "Zirə" evdə "İmişli"ni məğlub edib
Futbol22:32
Rza Arif: ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz
Region22:22