Tokio olimpiadasında koronavirusa sutkalıq maksimal yoluxma aşkarlanıb
Fərdi
- 05 avqust, 2021
- 02:45
Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artır.
"Report" Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, son sutkada daha 31 nəfərin testi müsbət çıxıb. Virusa yoluxanlardan 1-i Yunanıstandan olan daha bir qadın idmançıdır.
Qeyd edilir ki, çərşənbə günü də virusa yoluxma hallarında yüksək – 29 yoluxma qeydə alınıb.
Bununla da Tokio-2020-də infeksiya aşkarlanan şəxslərin sayı 353 nəfərə çatıb. Qeyd edilir ki, iyulun 1-dən olimpiada üçün 543 min koronavirus testi götürülüb.
Yoluxmada əvvəlki maksimum göstərici avqustun 4-də qeydə alınıb. Həmin gün koronavirusa 29 yeni yoluxma aşkarlanıb.
Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.
Son xəbərlər
21:03
İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
Digər ölkələr20:55
Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:51
EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Energetika20:48
Foto
UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçında ilk hissə başa çatıb - YENİLƏNİB
Futbol20:45
Tramp: Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib
Digər ölkələr20:41
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
Energetika20:35
Foto
Naxçıvan Regional DOST Mərkəzinin açılışı olub - YENİLƏNİB
Daxili siyasət20:31
Foto
Prezident Naxçıvanda yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda yenidənqurma işləri ilə tanış olub - YENİLƏNİB-2
Daxili siyasət20:29