İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib

Digər ölkələr
  • 11 avqust, 2026
  • 21:03
İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib

İran Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin yeni hərbi müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, Tehran hərbi əməliyyatların dayandırılması, İran aktivlərinin blokdan çıxarılası, eləcə də regionda, o cümlədən Livan və Qəzza zolağında müharibələrin dayandırılmasını tələb edir.

"ABŞ öz mövqeyini dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq", - Rezai bildirib.

O həmçinin vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı üzrə razılaşma su yolunun açılması məsələsinə heç bir təsir göstərməyəcək.