"Tokio-2020"nin Təşkilat Komitəsinin rəhbəri istefa verdi
Fərdi
- 12 fevral, 2021
- 08:02

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori istefa verib.
"Report" xəbər verir, 84 yaşlı funksioner bu barədə yerli mətbuata açıqlamasında bildirib.
O, yayda olimpiadanın keçirilməsini vacib hesab edib: "Bu proses mənim iştirakım olmadan daha rahat keçəcək. Narahatçılığa görə hər kəsdən üzr istəyirəm. İşlətdiyim ifadələr yersiz idi".
Qeyd edək ki, Yosiro Morinin qadınlar haqqında işlətdiyi ifadələr tənqiqlərə səbəb olub. Onu bu postda sabiq futbolçu, Tokiodakı Olimpiya kəndinin meri Saburo Kavabutinin əvəzləyəcəyi gözlənilir.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Son xəbərlər
09:36
Maqsud Fərzullayev: "Bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi daha möhtəşəm olacaq"
Formula 109:32
Tusk Rusiya PUA-ları səbəbindən nazirləri təcili iclasa çağırıb
Digər ölkələr09:32
Ronaldu dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb
Futbol09:28
EIA 2026-cı il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Energetika09:23
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib
Energetika09:22
Qazaxıstanın daxili işlər nazirinin müavini Azərbaycana səfərə gəlib
Hadisə09:20
Ukrayna millisinin qapıçısı Azərbaycan yığması ilə matçdakı nəticəni biabırçılıq adlandırıb
Futbol09:11
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə09:08