Tokio-2020: Boksçu rəqibinin qulağını dişləmək istəyib
Fərdi
- 27 iyul, 2021
- 11:47
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları zamanı qeyri-adi hadisə baş verib.
"Report" xəbər verir ki, Yunes Baala (Mərakeş) və Devid Nyika (Yeni Zelandiya) arasındakı 1/8 final görüşündə mərakeşli idmançı rəqibinin qulağını dişləməyə çalışıb. Təkrar kadrlarda da Baalanın bu istəyi açıq-aşkar görünüb.
Buna görə idmançıya heç bir cəza verilməyib. Döyüş Nyikanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1997-ci ildə ABŞ-ın peşəkar boksçusu Mayk Tayson həmyerlisi Evander Holifildlə döyüş zamanı onun qulağını dişləyərək, bir hissəsini qoparıb. Həmin görüş davam etdirilməyib. Tayson diskvalifikasiya olunub və 3 milyon dollar cərimələnib.
Son xəbərlər
05:45
Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır
Digər ölkələr05:17
Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Sağlamlıq04:48
ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
Digər ölkələr04:25
Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr03:52
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
İKT03:12
Kuba yenidən işıqsız qalıb
Digər ölkələr02:47
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Digər ölkələr02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41