Tokio-2020: Azərbaycanın bayraqdarı dəyişdirilib, İlham Zəkiyev karantinə alınıb
Fərdi
- 21 avqust, 2021
- 11:42
Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində iştirak edəcək Azərbaycan komandasının bayraqdarı dəyişdirilib.
Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ olsa da, onlar da karantinə alınıb.
Cüdoçulardan gündəlik test nümunələri götürüləcək. Həmin idmançıların açılış mərasimində iştirakına icazə verilməyib. Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev var. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.
Son xəbərlər
11:32
Foto
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Sağlamlıq11:30
Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
Digər ölkələr11:26
Hindistanda şiddətli yağışlar səbəbindən 60-dan çox insan ölüb
Digər ölkələr11:24
"Arsenal" və "Tottenhem" İbrahim Maza ilə maraqlanır
Futbol11:24
Baş prokuror: Azərbaycanda son illər baş verən cinayətlərin sayında azalma müşahidə olunur
Daxili siyasət11:20
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edəcək
Biznes11:18
Kamran Əliyev: Azərbaycanlılara qarşı müharibə cinayəti törətmiş şəxslərə layiqli cəzalar verilib
Daxili siyasət11:10
Foto
Mərkəzi Bank "Citigroup"la valyuta ehtiyatlarının idarəedilməsini müzakirə edib
Maliyyə11:10