Tokio-2020: Azərbaycan paralimpiyaçılarından 36-cı lisenziya
Fərdi
- 26 iyul, 2021
- 10:26
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Milli Paralimpiya Komitəsidən "Report"a verilən məlumata görə, atletika idman növü üzrə milli komandanın üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək, paralimpiadada iştirak hüququ əldə edib.
Bununla da Azərbaycan paralimpiyaçılarının qazandığı lisenziya sayı 36-ya çatıb və bu, rekord göstəricidir. Onlardan 12-si atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.
Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.
Son xəbərlər
09:20
DÇ-2026: Dünya çempionatının qalibi müəyyənləşir
Futbol09:07
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Daxili siyasət09:06
Braziliya ABŞ-nin yeni rüsumları fonunda Asiya və Aİ-yə ixracı artırıb
Digər ölkələr08:53
Xocavənd rayonunda minalanmış ərazidə yanğın başlayıb
Hadisə08:40
"Bloomberg": İraq Hörmüz boğazından yan keçməklə Suriya üzərindən mazut ixracını artırır
Digər ölkələr08:33
Rusiyanın Kiyevə zərbələri nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
Digər ölkələr08:21
Rusiyanın hücumları Kiyevdə metro stansiyasının bağlanmasına səbəb olub
Digər ölkələr08:07
ABŞ İrandakı hədəflərə növbəti zərbələr seriyasını başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:39