Toğrul Əsgərov: "VI İslam Həmrəyliyi Oyunlarında hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır"

Fərdi
  • 14 noyabr, 2025
  • 11:22
Toğrul Əsgərov: VI İslam Həmrəyliyi Oyunlarında hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır

Azərbaycanın qadın güləşçilərinin VI İslam Həmrəyliyi Oyunlarında hədəfi ən azı 1 dəst medal qazanmaqdır.

"Report" xəbər verir ki, bunu qadın güləşi üzrə yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov Güləş Federasiyasına açqlamasında bildirib.

Mütəxəssis yarışda əsas rəqiblərin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan olacağını söyləyib:

"VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı başa vururuq. Əvvəlcə fiziki, daha sonra isə taktiki-texniki hazırlıq üzrə məşqlər keçdik. Toplanış Göygöldə baş tutdu. Hədəfimiz ən azı 1 dəst medal qazanmaqdır. Bütün güləşçilərimizin medala sahib çıxmasını arzulayıram. İdman sürprizlərlə doludur. Hər şey ola bilər. Favorit sayılmayan idmançı çempion ola və ya iddialı güləşçi medalsız qala bilər. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan komandalar əsas rəqiblərdir. Nigeriya da bir neçə çəkidə yaxşı güləşçilərə sahibdir. Məşqçilər heyəti olaraq milli üzvlərinin maksimal hazırlıq səviyyəsinə çatmaları üçün əlimizdən gələni etmişik".

Qeyd edək ki, İslamiadada güləş yarışları noyabrın 18-dən 21-nə qədər keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti