Teymur Rəcəbov bu gün 1/4 finalda Niderland şahmatçısı ilə qarşılaşacaq

Fərdi
  • 09 fevral, 2021
  • 06:16
Teymur Rəcəbov bu gün 1/4 finalda Niderland şahmatçısı ilə qarşılaşacaq
Teymur Rəcəbov

Bu gün Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster Niderlandı təmsil edən Aniş Giri ilə üz-üzə gələcək.

Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.1/4 final görüşləri iki gün davam edəcək. Onlar hər gün 4 görüş keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

44 - Tezliklə