Tbilisidə cüdo üzrə Avropa çempionatının açılış mərasimi baş tutub
Fərdi
- 17 aprel, 2026
- 15:37
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının açılış mərasimi baş tutub.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir qısa bədii proqramla, o cümlədən gürcü milli rəqsləri ilə başlayıb.
Mərasimdə Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot, Gürcüstan Cüdo Federasiyasının prezidenti Levan Nozadze çıxış ediblər.
Aprelin 16-da start götürən Avropa çempionatında 46 ölkədən 400 idmançı mübarizə aparır.
Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.
Bu gün mübarizəyə qoşulan olimpiya çempionu Hidayət Heydərov (73 kq) finala yüksəlib.
Turnir aprelin 19-da başa çatacaq.
Son xəbərlər
09:58
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək
Daxili siyasət09:54
Azərbaycanın qastronom şəbəkəsi nizamnamə kapitalını 50 milyon manata çatdıracaq
Maliyyə09:53
Gürcüstanda zəlzələ olub
Region09:52
Ramin Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək
Daxili siyasət09:50
Foto
Azərbaycanda azyaşlı uşağın ət maşınında qalan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
Hadisə09:46
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar
Xarici siyasət09:42
Video
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Sosial müdafiə09:42
"Mançester Yunayted" hücumçusu Çido Obini Niderland klubuna icarəyə verib
Futbol09:35