Tayson Fyuri karyerasını bitirir
Fərdi
- 02 mart, 2022
- 13:34
Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri karyerasını bitirir.
"Report"un məlumatına görə, bu barədə 34 yaşlı idmançı "L Equipe" nəşrinə açıqlama verib.
O bildirib ki, aprelin 23-də həmyerlisi Dillian Uayta qarşı keçirəcəyi döyüş peşəkar karyerasında sonuncu olacaq: "Artıq kiməsə sübut edəcəyim bir şey yoxdur. Boksdan sonra çimərlikdə istirahət etmək, pina kolada kokteyli içmək, "Ferrari" sürmək və qayıqda yaşamaq istəyirəm. Bunların hamısını edəcəyəm. Çünki bank hesabımda 150 milyon ABŞ dolları var".
Qeyd edək ki, Tayson Fyuri karyerasında 31 qələbə və 1 heç-heçə əldə edib. Dillian Uaytın isə 28 qələbə və 2 məğlubiyyəti var.
Son xəbərlər
18:21
İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb
Futbol18:01
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Hadisə17:29
Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Digər ölkələr17:02
Foto
"Sea Breeze 2026" beynəlxalq turnirində yarımfinal mərhələsinə start verilib
İdman16:33
Foto
Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər
Sənaye16:30
Video
İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
Xarici siyasət16:17
Foto
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
Xarici siyasət15:54
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Hadisə15:48