İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

Futbol
  • 12 sentyabr, 2026
  • 18:21
İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib.

"Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib.

"Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platformam və ya şüarım çox sadədir, eyni zamanda çox aydındır: "Futbol bütün dünyada hər kəsə məxsusdur". Biz buna çalışırıq. Mən də buna çalışıram. Biz FIFA olaraq buna nail olmağa çalışırıq", - o bildirib.

C.İnfantino ilə bağlı qalmaqal onun DÇ-2026-dan qısa müddət sonra hüquqların bir hissəsini üçüncü tərəf investorlara satmaq planlarını açıqlamasından sonra baş verib. Bu, futbol ictimaiyyətində kəskin reaksiyalara və DÇ-2030-u boykot etməklə hədələməyə səbəb olub.