Tayson Fyuri görünməmiş məbləğə döyüşəcək
Fərdi
- 22 fevral, 2022
- 05:33
Dünya Boks Şurasının (WBC) ağır çəkidə britaniyalı çempionu Tayson Fyuri həmyerlisi Dillian Uaytla döyüşəcək.
"Report"un "Sky Sports"a istinadən məlumatına görə, tərəflər bununla bağlı müqavilə imzalayıblar.
Görüşün mükafat fondu 41 milyon ABŞ dollarından çox olacaq ki, bu da boks tarixində ən böyük mükafat hesab edilir. Duel baş tutsa, Fyuri 29 milyon dollar, rəqibi isə 7 milyon dollar əldə edəcək. Qalib isə əlavə 4 milyon dollar alacaq.
Sözləşmə fevralın 21-də WBC-yə göndərilib. Təşkilatın rəhbərliyi döyüşün keçirilməsinə icazə verməlidir. Qarşılaşmanın aprelin 23-də Londondakı "Uembli" stadionunda olacağı gözlənilir.
Qeyd edək ki, Tayson Fyuri karyerasında 31 qələbə və 1 heç-heçə əldə edib. Uaytın isə 28 qələbə və 2 məğlubiyyəti var.
Son xəbərlər
19:39
Xüsusi nümayəndə: Kəlbəcərdə gələn il 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
İnfrastruktur19:30
Foto
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Xarici siyasət19:07
Məcnun Məmmədov: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib
ASK19:05
Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib
Xarici siyasət18:58
Bəşir Hacıyev: Kəlbəcərdə Bal Festivalının ikinci dəfə keçirilməsi xüsusi məna daşıyır
Daxili siyasət18:41
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Xarici siyasət18:29
Foto
Azərbaycan təmsilçisi "Sea Breeze 2026" beynəlxalq turnirində finala yüksəlib
Komanda18:21
İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb
Futbol18:01