Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
Fərdi
- 29 aprel, 2026
- 13:14
Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafədə mübarizə aparırlar.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.
Son xəbərlər
02:45
DÇ-2026: Finalçılar mükafatlandırılıb, Rodri turnirin ən yaxşı futbolçusu seçilib
Futbol02:23
İspaniya futbolçuları yeni rekord müəyyənləşdiriblər
Futbol02:19
De la Fuente dünya və Avropa çempionluğunu qazanan üçüncü baş məşqçi olub
Futbol02:17
Ferran Torres İspaniya - Argentina matçının ən yaxşısı seçilib
Futbol02:13
Mbappe DÇ-2026-nın bombardiri olub
Futbol02:02
İspaniya DÇ-2026-nın qalibi olub - YENİLƏNİB-6
Futbol01:40
Meşə yanğını Fransanın cənubunda dəmir yolu əlaqəsini iflic edib
Digər ölkələr01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50