Süleyman İsmayılzadə: "Üzgüçülük yarışlarında yeni medallar əldə etməyə çalışacağıq"
Fərdi
- 28 sentyabr, 2025
- 14:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təmsilçiləri növbəti yarışlarda yeni medallar qazanmağa çalışacaqlar.
"Report"un Qərb bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında gümüş medal qazanan Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə deyib.
O, uğurlu nəticəyə görə sevincli olduğunu bildirib:
"MDB Oyunlarının üzgüçülük yarışlarında bu günə qədər heç bir medal qazanmamışdıq. Bu, qazandığımız ilk medallardan idi. Fəxr edirəm ki, uğurlu nəticələrdən birinə də mən imza atmışam. Bu hələ son deyil. Yeni medallar əldə etməyə çalışacağıq. Uğurlu nəticələrə görə məşqçimizə təşəkkür edirik".
Qeyd edək ki, Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında gümüş medala sahib çıxıb.
Son xəbərlər
09:07
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Hadisə
09:03
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Xarici siyasət
09:00
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Futbol
08:46
ABŞ-də futbol matçı zamanı avtomobil izdihama çırpılıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Daxili siyasət
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr