Sərbəst güləş üzrə Rusiya çempionatında kütləvi toqquşma baş verib - VİDEO
- 13 iyun, 2017
- 06:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ İnquşetiyanın Nazran şəhərində keçirilən sərbəst güləş üzrə Rusiya çempionatında kütləvi dava baş verib.
"Report"un məlumatına görə, çaxnaşma yakutiyalı Viktor Rassadinlə krımlı Şamil Ömərov arasındakı görüşdən əvvəl başlanıb. İdmançıları zərər görmədən xalça üzərindən çıxarmaq mümkün olub.
Qəzəbli dəstə osetiyalı Zaurbəy Sidakovla dağıstanlı Maqomedhəbib Kadimaqomedov arasındakı görüş zamanı hakim qərarlarından narazı olub. Onlar idman tədbirinin diktorunun çağırışına da məhəl qoymayıblar. Nəticədə özlərindən çıxan azarkeşləri çempionatın keçirildiyi idman kompleksinin təhlükəsizlik xidməti əməkdaşları ayırmalı olub. Onlar dava iştirakçılarını dərhal kənarlaşdıraraq, arenada asayişi təmin ediblər. Bundan sonra görüş davam etdirilib və dağıstanlı güləşçi qalib olub.
İnquşetiyanın rəhbəri Yunusbəy Yevkurov çaxnaşma iştirakçılarını təxribatçı adlandıraraq, belə hallara qarşı sərt tədbirlər görəcəklərini bildiriblər. Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili isə bəzi azarkeşlərin xalçaya çıxması nəticəsində yaranan insidentin tam aradan qaldırıldığını və vəziyyətin təhlükəsizlik xidmətinin tam nəzarətində olduğunu vurğulayıb.
Qeyd edək ki, 25-ci Rusiya çempionatında 45 regiondan 400 sərbəst güləşçi mübarizə aparır. İyunun 12-də başlanmış yarışa sabah yekun vurulacaq.
Bu gün ölkəmiz #iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur.
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 2, 2025
Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə #Azərbaycan qazının #Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə - #Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin… pic.twitter.com/eHRkNrpfzj