Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb
Fərdi
- 21 sentyabr, 2015
- 14:07
Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb. "Report"un məlumatına görə, 30 yaşlı zəka ustası 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib.
Ş.Məmmədyarov ötən gün ağ fiqurlarla məğlub etdiyi F.Karuana ilə bu gün qara fiqurlarla heç-heçə edib. Beləliklə, iki görüşün yekununda 1,5:0,5 hesablı üstünlük əldə edən təşkilatçı ölkənin şahmatçısı adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq.
Son xəbərlər
03:50
Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Region03:13
Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib
Digər ölkələr02:44
Foto
Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
Mədəniyyət siyasəti02:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Digər ölkələr01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06
Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
Digər ölkələr00:37
"Bloomberg": London husilərlə münaqişədə Ər-Riyadı dəstəkləyə bilər
Digər ölkələr00:15
Ərdoğan Türkiyənin Liviyada sabitliyi dəstəklədiyini bildirib
Region23:51
Foto