Rusiyanın tanınmış boksçusu 32 yaşında vəfat edib
Fərdi
- 31 avqust, 2015
- 08:03
Bakı. 31 avqust. REPORT.AZ/ Rusiya milli komandasının sabiq boksçusu İslam Timurziyev vəfat edib. "Report"un "R-Sport"a istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançı uzun sürən xəstəlikdən sonra bu gecə İnquşetiya klinik xəstəxanasının reanimasiya şöbəsində keçinib.
Ölümə qan zəhərlənməsi səbəb göstərilib. Mərhum Şimali Osetiyada dəfn olunacaq.
Qeyd edək ki, İslam Timurziyev 91 kq-dan yuxarı çəki dərəcəsində 2005-ci il Dünya Kubokunun qalibi, 2006-cı ilin Avropa çempionu və 2007-ci il dünya çempionatının bürünc mükafatçısı olub.
Son xəbərlər
08:38
Filippində məktəbdə baş verən atışmada 2 nəfər ölüb
Digər ölkələr08:18
Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:07
Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
Digər ölkələr08:05
Foto
Tovuzda su kanalından iki meyit aşkarlanıb
Hadisə07:54
Şotlandiya FIFA seçkilərində İnfantinonu dəstəkləməkdən imtina edib
Futbol07:29
WSJ: Tramp Omanı "günah keçisi"nə çevirir
Digər ölkələr06:48
Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib
Digər ölkələr06:19
Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib
Sağlamlıq05:46