Rio-2016-ya lisenziya qazanan türkiyəli idmançı bıçaqlanıb
Fərdi
- 07 iyul, 2016
- 06:53
Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyəli idmançı Enes Kuşku bıçaqlanıb.
"Report"un məlumatına görə, 22 yaşlı avarçəkən yolda hücuma məruz qalıb.
Ayaq və qarın nahiyəsindən bıçaqlanan idmançı təcili xəstəxanaya çatdırılıb. "Qalatasaray" klubunun idmançısı ilkin müdaxilənin ardından İstanbuldakı xəstaxanaların birinə aparılıb.
Uzaq məsafə işıqlandırması ilə hərəkət edən E.Kuşku başqa bir sürücünün etirazı ilə üzləşib. Həmin avtomobildəkilər idmançının qarşısını kəsib və ona hücum ediblər. Hücum edənlərin 5 nəfər olduğu bildirilir.
Xatırladaq ki, Kuşku 2016-cı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Son xəbərlər
08:13
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:06
Aİ Rusiyaya qarşı ən böyük sanksiya paketini hazırlayır
Digər ölkələr07:38
Conni Depp yenidən Cek Sərçə rolunu oynaya bilər
İncəsənət07:10
Şuşanın Kiçik Qaladərəsi kənd sakini: Atamın döyüşdüyü torpaqlara fəxrlə qayıdıram
Daxili siyasət06:48
Foto
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Daxili siyasət06:27
Xocavənd sakini: Şükür bu günə ki, yurdumuza qayıdırıq
Daxili siyasət06:07
"The Telegraph": Britaniyada yeni həbsxana sistem böhranı ilə üzləşib
Digər ölkələr05:39
Klyuçevskaya Sopka vulkanı yenidən püskürüb
Ekologiya05:27