Rio-2016: Azərbaycan medal sıralamasında 38-cidir - CƏDVƏL
- 11 avqust, 2016
- 02:20
Bakı. 11 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal qazanan ölkələrin sayı 51-ə çatıb.
"Report"un məlumatına görə, medalçıların sayı növbəti yarış günündə idman gimnastikası, kanoe-slalom, şosse velosipedi, suyatullanma, qılıncoynatma, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis və ağırlıqqaldırma növləri üzrə mübarizənin yekununda artıb.
Cəmi 1 gümüş medala malik Azərbaycan medal sıralamasında 38-ci pilləyə enib. Əvəzində 1 bürünc medalına 1 gümüş də əlavə edən Gürcüstan ölkəmizi geridə qoyub.
Qazaxıstan bir günə 2 qızıl medal qazanıb. Bunlardan biri əslən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun hesabına baş veribsə, digəri ilk dəfə üzgüçülük növündə Dmitri Balandinin sayəsində gerçəkləşib.
Ötən yarış günündən sonra medal sıralaması:
| N | ÖLKƏ | QIZIL | GÜMÜŞ | BÜRÜNC | ÜMUMİ |
| 1 | ABŞ | 11 | 11 | 10 | 32 |
| 2 | ÇİN | 10 | 5 | 8 | 23 |
| 3 | YAPONİYA | 6 | 1 | 11 | 18 |
| 4 | RUSİYA | 4 | 7 | 4 | 15 |
| 5 | AVSTRALIYA | 5 | 2 | 5 | 12 |
| 6 | BÖYÜK BRİTANİYA | 3 | 3 | 6 | 12 |
| 7 | İTALİYA | 3 | 6 | 2 | 11 |
| 8 | CƏNUBİ KOREYA | 4 | 2 | 3 | 9 |
| 9 | MACARISTAN | 5 | 1 | 1 | 7 |
| 10 | QAZAXISTAN | 2 | 2 | 3 | 7 |
| 11 | FRANSA | 2 | 3 | 1 | 6 |
| 12 | KANADA | 0 | 1 | 5 | 6 |
| 13 | TAİLAND | 2 | 1 | 1 | 4 |
| 14 | ALMANİYA | 1 | 2 | 1 | 4 |
| 15 | HOLLANDİYA | 1 | 1 | 2 | 4 |
| 16 | KXDR | 0 | 2 | 2 | 4 |
| 17 | İSVEÇ | 1 | 2 | 0 | 3 |
| 18 | BELÇİKA | 1 | 1 | 1 | 3 |
| 19 | ÇİN TAYPEYİ | 1 | 0 | 2 | 3 |
| 20 | UKRAYNA | 0 | 2 | 1 | 3 |
| 21 | BRAZİLİYA | 1 | 1 | 0 | 2 |
| 21 | KOLUMBİYA | 1 | 1 | 0 | 2 |
| 21 | SLOVENİYA | 1 | 1 | 0 | 2 |
| 21 | VYETNAM | 1 | 1 | 0 | 2 |
| 25 | İSPANİYA | 1 | 0 | 1 | 2 |
| 25 | YUNANISTAN | 1 | 0 | 1 | 2 |
| 25 | İSVEÇRƏ | 1 | 0 | 1 | 2 |
| 28 | İNDONEZİYA | 0 | 2 | 0 | 2 |
| 28 | YENİ ZELANDİYA | 0 | 2 | 0 | 2 |
| 28 | CAR | 0 | 2 | 0 | 2 |
| 31 | GÜRCÜSTAN | 0 | 1 | 1 | 2 |
| 32 | MİSİR | 0 | 0 | 2 | 2 |
| 32 | ÖZBƏKİSTAN | 0 | 0 | 2 | 2 |
| 34 | ARGENTİNA | 1 | 0 | 0 | 1 |
| 34 | XORVATİYA | 1 | 0 | 0 | 1 |
| 34 | QAÇQINLAR YIĞMASI | 1 | 0 | 0 | 1 |
| 34 | KOSOVA | 1 | 0 | 0 | 1 |
| 38 | AZƏRBAYCAN | 0 | 1 | 0 | 1 |
| 38 | DANİMARKA | 0 | 1 | 0 | 1 |
| 38 | MALAYZİYA | 0 | 1 | 0 | 1 |
| 38 | MONOQLUSTAN | 0 | 1 | 0 | 1 |
| 38 | FİLİPPİN | 0 | 1 | 0 | 1 |
| 38 | SLOVAKİYA | 0 | 1 | 0 | 1 |
| 38 | TÜRKİYƏ | 0 | 1 | 0 | 1 |
| 45 | ÇEXİYA | 0 | 0 | 1 | 1 |
| 45 | İSRAİL | 0 | 0 | 1 | 1 |
| 45 | QIRĞIZISTAN | 0 | 0 | 1 | 1 |
| 45 | POLŞA | 0 | 0 | 1 | 1 |
| 45 | PORTUQALİYA | 0 | 0 | 1 | 1 |
| 45 | TUNİS | 0 | 0 | 1 | 1 |
| 45 | BƏƏ | 0 | 0 | 1 | 1 |