Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib

Fərdi
  • 20 oktyabr, 2026
  • 12:10
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak edən cüdoçularla görüşüb.

"Report" xəbər verir ki, o, bu barədə rəsmi feysbuk hesabında paylaşım edib.

"Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük. İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik. Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!", - deyə R.Nəbiyev vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.