Qurban Qurbanov: "60-70 yaşınadək məşqçilik etsəm, mütləq öyrənməliyəm"
- 02 mart, 2026
- 11:28
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib.
"Report"un məlumatına görə, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.
O, bu tədbirdə danışmağın məsuliyyətli olduğunu söyləyib:
"Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir".
Q.Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib:
"Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə bir deyim var: komanda qalib gəlibsə, futbolçuların qələbəsidir, uduzubsa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub saxlamalıyıq".