Qızıl medal qazanan Azərbaycan idmançısı: "Ölkəmizdə himnimizin səslənməsi bir başqa sevincdir"
- 02 oktyabr, 2025
- 11:57

Azərbaycan himninin səslənməsi bir başqa sevincdir.
Bunu "Report"un qərb bürosuna açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə deyib.
O, uğurlu nəticəyə görə sevincli olduğunu bildirib:
"Üzgüçülük yarışlarında gərgin mübarizələr gedirdi. Qazandığım qızıl medal Azərbaycanın qələbəsidir. Üzərimdə əməyi olan şəxsi məşqçim Ruslan Tərxanova təşəkkür edirəm. Onsuz bu işi görməyim çətin olardı. Baş məşqçimiz Rəşad Əbdürrəhmanova minnətdaram ki, bizi yarışlara yüksək motivasiya ilə hazırlayır. Azərbaycan Üzgüçülük Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyini hər zaman hiss edirik. Doğma ölkəmizdə Azərbaycan himninin səslənməsi bir başqa sevincdir".
Qeyd edək ki, S.İsmayılzadə III MDB Oyunlarının üzgüçülük yarışlarında ümumilikdə 1 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıb.