Parisdəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub
Fərdi
- 02 fevral, 2023
- 18:44
Fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Federasiyadan "Report"a verilən məlumata görə, 2 gün davam edəcək yarışda milli komandanın 9 üzvü 7 çəki dərəcəsi üzrə qüvvəsini sınayacaq.
Performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Böyük Dəbilqədə 85 ölkədən 535 idmançı medallar uğrunda yarışacaq.
Son xəbərlər
18:58
Azərbaycanda torpaqların konsolidasiyası üçün Türkiyə təcrübəsindən istifadə olunacaq
ASK18:55
Ukrayna Antikorrupsiya Bürosu XİN-in sabiq rəsmisinin rəhbərlik etdiyi cinayətkar qrupu ifşa edib
Digər ölkələr18:53
Foto
Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2
Fərdi18:47
Masallıda çayda üzərkən ağır xəsarət alan 23 yaşlı gənc xəstəxanada vəfat edib
Hadisə18:37
Foto
Azərbaycan və Braziliya arasında 2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı imzalanıb
Biznes18:30
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək
Digər ölkələr18:25
Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib - YENİLƏNİB-3
Sağlamlıq18:24
Foto
Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-2
Fərdi18:22