Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2

Fərdi
  • 27 iyul, 2026
  • 18:53
Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda yarışacaq - YENİLƏNİB-2

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə iştirak edəcək.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukrayna təmsilçisi İbrahim Nəsibova uduzaraq (3:4) həledici mərhələyə adlaya bilməyib.

Orxan Həbibli sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Xatırladaq ki, O.Həbibli 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda özbəkistanlı Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edib.

O.Həbibli təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında ikinci qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Qabriel Lunqunu 18:9 hesabı ilə məğlub edib.

O.Həbibli daha əvvəl, təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi 8:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

44 - Tezliklə