Orxan Həbibli: "Dünya çempionatında qızıl medal da qazana bilərdim"
- 28 iyul, 2026
- 19:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbiblinin Bakıda təşkil olunan U-17 dünya çempionatında qızıl medal qazanmaq şansı olub.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı özü bildirib.
O, mundialda üçüncü yeri tutması barədə danışıb:
"Təbii ki, medal qazandığım üçün sevincliyəm. Lakin mükafatım qızıl da ola bilərdi. Aylardır ki, bu mundiala hazırlaşırdıq. Təəssüf ki, yarışda bəzi səhvlərə yol verdim. Lakin növbəti turnirlərdə bu səhvləri aradan qaldıracağıma inanıram. Medal görüşümdə tez müdafiəyə "oturdum". Lakin sona qədər dözüb, bürünc medala sahib çıxdım. Azarkeşlərimizin dəstəyi çox gözəl idi. Onlara da təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Orxan Həbibli üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Kunal Daqara qalib gələrək bürünc medala sahib çıxıb.