Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə diskvalifikasiya olunub

Fərdi
  • 19 noyabr, 2026
  • 12:01
Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə diskvalifikasiya olunub

Keniyalı sprinter Peres Cepçirçir antidopinq reqlamentini pozduğuna görə 3 il müddətinə diskvalifikasiya olunub.

"Report" "World Athletics"in (Dünya Atletikası) mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı idmançıdan 2026-cı ilin avqustunda götürülən dopinq-nümunəsində eritropoetin aşkarlanıb.

Oktyabr ayından etibarən atlet barəsində müvəqqəti kənarlaşdırma qərarı qüvvəyə minib.

Qeyd edək ki, Peres Cepçirçir 2020-ci ildə keçirilən Tokio Olimpiadasının qalibidir. O, həmçinin 2025-ci ildə marafon qaçışı üzrə dünya çempionatında qızıl medal qazanıb.