Niko Hülkenberq: “Formula 1” təqvimində ən sürətli yarış Bakı trekidir”
Fərdi
- 26 aprel, 2018
- 12:01
“Renault”un pilotu Niko Hülkenberq
Bakı. 26 aprel. REPORT.AZ/ “Bakıdakı yarışda pilotları bir neçə divar gözləyir. Ona görə də müəyyən həddə riayət etməklə cəsur olmaq lazımdır”.
“Report” xəbər verir ki, bunu “Renault”un pilotu Niko Hülkenberq “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə bağlı Bakıda təşkil olunan mətbuat konfransında deyib.
31 yaşlı almaniyalı pilot bildirib ki, buradakı yarış sürətli olduğuna görə baxımlıdır: “Azarkeşlər sürətli mübarizəyə şahidlik edəcəklər. “Formula 1” təqvimində ən sürətli yarış Bakı trekidir. Burada ötmələrə də imkan var. Həmçinin 90 dərəcəli sərt döngələr mövcuddur. Xüsusən də Qız Qalasının yanı, 8 və 10-cu döngələr çox dardır. Lakin Monakoda genişlikdir”.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək.
Son xəbərlər
12:25
Erfan Ali: Qarabağ bərpa olunan enerji sahəsinə investisiya qoyuluşu üçün böyük potensiala malikdir
Energetika12:25
Bakıda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə12:22
Qəbələdə 30 yaşlı qadın hovuzda boğularaq ölüb
Hadisə12:22
Nazirlik: Azərbaycanda 7 mindən çox şəxs Peşəkar Mühasib Sertifikatı alıb
Maliyyə12:17
Foto
Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirib
Fərdi12:14
UNOPS minatəmizləmədə dronların tətbiqinin sürətlə artacağını proqnozlaşdırır
Xarici siyasət12:02
Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
Fərdi12:02
Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq
Sağlamlıq12:00