Maqnus Karlsen öz turnirinin qalibi ola bilmədi
Fərdi
- 14 fevral, 2021
- 19:38
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. İlk oyun günündə 2:2 hesablı qələbə qeydə alınıb. İkinci gün isə amerikalı şahmatçı daha üstün olub - 2,5:1,5.
Beləliklə, Uesli So "Opera Euro Rapid"in qalibi olub. O, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirdən 30 000 dollar əldə edib.
Üçüncü yeri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov tutub. O, fransalı Maksim Vaşye-Laqravı hər iki gün ərzində məğlubiyyətə uğradıb - 2,5:1,5, 2:0.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.
Son xəbərlər
12:35
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair sakinləri tutulub
Hadisə12:34
Foto
Azərbaycanda torpaq laboratoriyaları beynəlxalq standartlara uyğunlaşdırılır
ASK12:32
"Fitch": Azərbaycanda Bazel III islahatları itkilərin udulması buferlərini gücləndirəcək
Maliyyə12:27
ADB Azərbaycanda kapital bazarının inkişafı üçün texniki yardımı təsdiqləyib
Maliyyə12:26
Polşada qanunsuz miqrantlara qarşı irimiqyaslı əməliyyat keçirilib, 20 nəfər saxlanılıb
Digər ölkələr12:24
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 8 %-dən çox artıb
Biznes12:16
Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq
Digər ölkələr12:15
"Şəfa" 4 gənc futbolçunu heyətinə cəlb edib
Futbol12:15