​Macarıstan 2024-cü il yay Olimpiya Oyunlarının paytaxtı kimi Budapeştin namizədliyini irəli sürüb

Fərdi
  • 08 iyul, 2015
  • 08:54
​Macarıstan 2024-cü il yay Olimpiya Oyunlarının paytaxtı kimi Budapeştin namizədliyini irəli sürüb

Bakı. 8 iyul. REPORT.AZ/ Macarıstanın Milli Olimpiya Komitəsi (MOK) Budapeşti 2024-ci il Yay Olimpiya Oyunlarının paytaxtı kimi namizədliyini irəli sürüb. Bu barədə "Report" TASS agentliyinə istinadən xəbər verir.

2024-cü il yay Olimpiya Oyunlarının keçirilməsi üçün ərizələrin rəsmi qəbulu yanvar ayının 15-dən başlayıb və 2015-ci il sentyabrın 15-də başa çatacaq.

Olimpiya Oyunlarının paytaxtını Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə Limada baş tutacaq təşkilatın 130-ci sessiyasında elan edəcək.

Qeyd edək ki, bundan əvvəl Oyunlara ev sahibliyi etmək üçün namizədliklərini Roma (İtaliya), Hamburq (Almaniya), Boston (ABŞ) və Paris (Fransa) irəli sürüb.

44 - Tezliklə