Lüis Hemilton Türkiyə Qran-prisində cəzalanıb
Fərdi
- 08 oktyabr, 2021
- 09:08
"Mercedes" komandasının pilotu Lüis Hemilton Türkiyə Qran-prisində cəzalandırılıb.
"Report"un məlumatına görə, buna 36 yaşlı sürücünün bolidində daxili yanma mühərrikinin dəyişdirilməsi səbəb olub. Güc qurğusunun digər komponentləri isə toxunulmaz qalıb.
Britaniyalı pilot əsas yarışın start düzülüşündə 10 mövqe itirəcək. O, ən yaxşı halda Qran-priyə 11-ci sırada başlaya biləcək.
Qeyd edək ki, Türkiyə Qran-prisi oktyabrın 10-da gerçəkləşəcək. Lüis Hemilton ümumi sıralamada 246,5 xalla liderdir. "Red Bull"dan Maks Ferstappen (244,5) ikinci, Hemiltonun komanda yoldaşı Valtteri Bottas (151) üçüncüdür.
Son xəbərlər
05:23
WSJ: Tramp İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə tələsmir
Digər ölkələr04:49
Suriyadakı məxfi obyektdən çıxarılan nüvə materialları BAEA-ya təhvil veriləcək
Digər ölkələr04:18
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
Digər ölkələr03:48
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib
Digər ölkələr03:16
Liviyada neft emalı zavoduna daha bir zərbə endirilib - YENİLƏNİB
Digər ölkələr02:51
Yaponiya milli kosmik mövqe təyinetmə sisteminin altıncı peykini orbitə uğurla çıxarıb
Maraqlı02:17
Almaniyada məhkəmə AfD tərəfdarlarının silah lisenziyalarından məhrum edilməsini təsdiqləyib
Digər ölkələr01:50
Kolumbiyada zəlzələdən sonra futbol çempionatı dayandırılıb
Digər ölkələr01:14