Karate üzrə "Baku Open" turniri keçiriləcək

Fərdi
  • 17 avqust, 2018
  • 10:48
Karate üzrə Baku Open turniri keçiriləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Sentyabrın 28-də ənənəvi "Baku Open" turniri start götürəcək.

"Report" Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, 9-cu dəfə təşkil edilən turnir keçmiş SSRİ-də karatenin 40 illik yubileyinə həsr olunur.

Üç gün davam edəcək turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları dəvət olunub.

Bakı İdman Sarayında keçiriləcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq.