İtaliya klubu yeni baş məşqçisinin adını açıqlayıb

Fərdi
  • 05 iyun, 2024
  • 16:04
İtaliya klubu yeni baş məşqçisinin adını açıqlayıb

Baş məşqçi Tyaqo Mottanın gedişindən sonra İtaliyanın "Bolonya" klubunun yeni çalışdırıcısı bəlli olub.

"Report" A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Fiorentina"dan ayrılan Vinçentso İtaliano qarşıdakı 2 mövsüm "Bolonya"ya rəhbərlik edəcək.

Qeyd edək ki, "qırmızı-göylər" İtaliya A Seriyasında cari mövsümü 68 xalla 5-ci sırada başa vurub.

44 - Tezliklə