İslamiada: Azərbaycanın qadınlardan ibarət sablya millisi qızıl medal qazanıb - YENİLƏNİB
- 20 noyabr, 2025
- 21:22
Azərbaycanın qadınlardan ibarət sablya millisi Səudiyyə Ərəbsitanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, qılıncoynatma yarışlarının son günündə yarımfinal görüşündə Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komanda finala yüksəlib.
Həlledici qarşılaşmada Özbəkistan yığmasını 45:43 hesabı ilə məğlub edən təmsilçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət şpaqa yığması bürünc medal qazanıb.
Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
"Report" xəbər verir ki, şpaqa növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının yarımfinalında Özbəkistana 38:39 hesabı ilə uduzaraq bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, İslamiada sabah başa çatacaq.