IJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Fərdi
  • 21 sentyabr, 2022
  • 12:27
IJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Rusiya və Belarus idmançıları ilə bağlı qərarı bəlli olub.

"Report" IJF-nin rəsmi saytına istinadən xəbər verir ki, hər iki ölkənin cüdoçuları 2023-cü ilin yanvarınadək qurumun himayəsi altındakı yarışlarda iştirak etməyəcək.

Bu barədə IJF-nin İcraiyyə Komitəsi qərar çıxarıb.