III MDB Oyunları: Azərbaycan boksçuları yarışı 24 medalla başa vurublar
- 05 oktyabr, 2025
- 18:12

Azərbaycan boksçuları III MDB Oyunlarını 24 medalla başa vurublar.
"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax Olimpiya İdman Kompleksində boks yarışında final döyüşləri keçirilib.
Azərbaycan boksçularından Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medal qazanıblar.
Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medalla kifayətləniblər.
Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.