İslamiada: X yarış günündə Azərbaycan millisi Türkmənistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq

Fərdi
  • 02 may, 2017
  • 15:15
İslamiada: X yarış günündə Azərbaycan millisi Türkmənistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq

Bakı. 2 may. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının günlük təqviminin dərcini davam etdirir.

Onuncu yarış günündə 11 idman növü üzrə - taekvondo, atıcılıq, atletika/paraatletika, güləş, üzgüçülük, stolüstü tennis, tennis, voleybol, ağırlıqqaldırma, su polosu və boks yarışları keçiriləcək.

17 may (çərşənbə axşamı)

Taekvondo

Kişilər

1/16, 1/8 və 1/4, yarımfinal və final

Qadınlar

1/16, 1/8 və 1/4, yarımfinal və final

Bakı İdman Zalı

Qeyd edək ki, oyunlar saat 09:00 – 22:30 aralığında keçiriləcək.

Atıcılıq

Qarışıq komanda halında dairəvi stend və 10 m pnevmatik tapanca ilə atəş (təsnifat və final mərhələsi)

Bakı Atıcılıq Mərkəzi

Qeyd edək ki, oyunlar saat 09:00 – 16:15 aralığında keçiriləcək.

Atletika/Paraatletika

Kişilər

Lövhə atma F56, lövhə atma F57, 110 m sədlərlə qaçış, 100 m T12, hündürlüyə tullanma, 200 m qaçış, 400 m qaçış, 800 m qaçış, nizə atma, 110 m sədlərlə qaçış, üç təkanla tullanma (təsnifat və final mərhələsi)

Qadınlar

100 m qaçış, uzunluğa tullanma, 400 m qaçış, şüvüllə tullanma, nüvə itələmə (təsnifat və final mərhələsi)

Bakı Olimpiya Stadionu

Qeyd edək ki, oyunlar saat 09:30 – 20:00 aralığında keçiriləcək.

yunan-Roma Güləşi

Kişilər

59 kq, 71kq, 80 kq və 98 kq

Heydər Əliyev adına İdman Arenası

Qeyd edək ki, oyunlar saat 10:00 – 20:00 aralığında keçiriləcək.

Üzgüçülük

Kişilər

50m batterflyay (delfin), 4 ✕ 100m kompleks estafet (təsnifat və final mərhələsi)

Qadınlar

50 m sərbəst, 200 m brass, 400 m sərbəst, 4 ✕ 100m kompleks estafet (təsnifat və final mərhələsi)

Bakı Su İdmanı Mərkəzi

Qeyd edək ki, oyunlar saat 10:00 – 19:15 aralığında keçiriləcək.

Stolüstü tennis

Sərhədçi İdman Kompleksi

Kişilər

Fərdi (I, II və III mərhələ)

Qadınlar

Fərdi (I və III mərhələ)

Qeyd edək ki, oyunlar saat 10:00 – 14:30 aralığında keçiriləcək.

Tennis

Qadınlar

Cütlər və fərdi (I mərhələ)

Bakı Tennis Akademiyası

Qeyd edək ki, oyunlar saat 10:00 – 19:00 aralığında keçiriləcək.

Voleybol

Kişilər

Seçmə mərhələ

Pakistan - Fələstin

Azərbaycan - Türkmənistan

Qadınlar

Yarımfinallar

Bakı Kristal Zalı 1

Qeyd edək ki, oyunlar saat 10:00 – 22:00 aralığında keçiriləcək.

Ağırlıqqaldırma

Kişilər

94 kq ,105kq və +105 kq

Ağır Atletika Arenası

Qeyd edək ki, oyunlar saat 12:00 – 18:00 aralığında keçiriləcək.

Boks

Kişilər

Yarımfinal və finallar

Bakı Kristal Zalı 2

Qeyd edək ki, oyunlar saat 12:30 – 21:30 aralığında keçiriləcək.

Su polosu

Kişilər

Dairəvi Sistem üzrə

İran - Türkiyə

Azərbaycan - Səudiyyə Ərəbistanı

Voterpol Arenası

Qeyd edək ki, oyunlar saat 16:30 – 19:15 aralığında keçiriləcək.