İkiqat Avropa çempionu Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi aparıb

Fərdi
  • 26 iyun, 2017
  • 10:40
İkiqat Avropa çempionu Heydər Əliyev Mərkəzinin parkında taekvondo dərsi aparıb

Bakı. 26 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, budəfəki dərs taekvondo üzrə olub.

Dərsi taekvondo üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb.

5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyyələr verilib.