Gürcüstan MOK: "Rusiyaya qarşı qərarlarla razılaşmamaq hüququmuz yoxdur”
- 02 mart, 2022
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gürcüstanın da üzv olduğu Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qəbul etdiyi qərarlarla razılaşmamaq hüququmuz yoxdur”.
Bunu “Report”un yerli bürosuna müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Mamuka Xabareli Rusiyanın beynəlxalq idman yarışlarına buraxılmamasına münasibət bildirərkən deyib.
O, hər hansı bir siyasi bəyanat vermək istəmədəyini söyləyib: “İdmançıların sanksiyalara məruz qalmaları təəssüf doğurur. Lakin elə hallar var ki, təcavüz göstərən ölkəyə maneələr yaradılır. İstənilən halda, bununla bağlı şərh vermək mənim üçün çətindir”.
MOK rəsmisinin sözlərinə görə, çox nüfuzlu idman təşkilatı IOC da daxil olmaqla, beynəlxalq federasiyalar hər hansı ölkənin turnirlərdən uzaqlaşdırılması ilə bağlı addım atırlarsa, deməli, bunun üçün çox vacib səbəb var.
Qeyd edək ki, BOK Ukraynadakı vəziyyətə görə beynəlxalq idman federasiyaları və turnirlərin təşkilatçılarına Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verməməyi tövsiyə edib.