Güləş Federasiyasına yeni baş katib təyin olunub

Fərdi
  • 15 aprel, 2022
  • 20:31
Güləş Federasiyasına yeni baş katib təyin olunub

Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu vəzifə Nəsimi Musayevə tapşırılıb. O, yeni vəzifədə Orxan Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb.