Fuad Allahverdiyev: "Kamandan oxatma üzrə yarış Avropa çempionatına seçim xarakteri daşıyır"

Fərdi
  • 01 iyun, 2026
  • 14:35
Fuad Allahverdiyev: Kamandan oxatma üzrə yarış Avropa çempionatına seçim xarakteri daşıyır

​Kamandan oxatma üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan birinciliyi iyulda təşkil olunacaq Avropa çempionatına seçim xarakteri daşıyır.

​"Report" xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kamandan oxatma millisinin məşqçisi Fuad Allahverdiyev deyib.

​Mütəxəssis Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan turnirin əsas məqsədini və hazırlıq planlarını açıqlayıb:

​"Əsas məqsəd aşağı yaş qruplarının inkişafını təmin etməkdir. Bu yarış iyulda keçiriləcək gənclərin Avropa çempionatına həm də seçim xarakteri daşıyır. Turnirin nəticələrinə əsasən, Azərbaycanın yığması müəyyənləşəcək və təlim-məşq toplanışına göndəriləcək. Daha sonra isə idmançıların həmin yarışda iştirakı nəzərdə tutulub".

Qeyd edək ki, 49 idmançının 40, 60 və 70 metr məsafələrdə mübarizə aparacağı ölkə birinciliyinə iyunun 2-də yekun vurulacaq.