"Formula-1"in təqviminə ABŞ-da keçiriləcək küçə yarışının əlavə olunması planlaşdırılır

Fərdi
  • 25 yanvar, 2017
  • 02:41
Formula-1in təqviminə ABŞ-da keçiriləcək küçə yarışının əlavə olunması planlaşdırılır

Bakı. 25 yanvar. REPORT.AZ/ "Formula-1" maşınları sinfində avtomobil yarışları üzrə dünya çempionatının yeni sahibi olmuş Amerikanın "Liberty Media" korporasiyası turnirin təqviminə ABŞ-da keçiriləcək küçə yarışını da əlavə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Formula-1"in yeni icraçı direktoru Çeyz Kerinin sözlərinə görə, o turnirin cəlbediciliyini yaxşılaşdırmaq niyyətindədir. Xüsusilə, "Liberty Media" turnirin artıq ABŞ Qran-prisinin olduğu (Ostində keçirilir, Texas ştatı) təqviminə Nyu-York, Los-Anceles, Mayami və ya Las-Veqas küçələri üzrə yarışları əlavə etmək niyyətindədir.

2017-ci il mövsümünün təqvimində üç küçə yarışı planlaşdırılır: bu Monako, Azərbaycan və Sinqapur qran-priləridir.