“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək
Fərdi
- 08 oktyabr, 2019
- 07:03
“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün bilet satışına endirimlərlə start veriləcək.
Bu barədə “Report”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. O, bilet qiymətləri və endirimlər barədə yaxın günlərdə ətraflı məlumat verəcəklərini söyləyib.
Biletlər oktyabrın sonlarında satışa çıxarılacaq.
Qeyd edək ki, ötən mövsüm biletlər 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib. İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manat, azyaşlılar üçün 130 - 470 manat, ayaqüstü zonalar üçün 80 - 160 manat təşkil edib.
Son xəbərlər
16:03
Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq
Energetika15:50
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
Fərdi15:36
Azərbaycanın deflimpiyaçı cüdoçusu Aydın Əzizov İsveçrədə keçirilən turnirdə gümüş medal qazanıb
Fərdi15:23
Video
Şimali Kipr sahillərində batan gəmidən 159 nəfər xilas edilib - YENİLƏNİB
Region15:16
Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Ekologiya15:12
Gəncə şəhər stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb
Futbol15:07
"Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"a transfer olunub
Futbol14:43
Çexiyada təyyarə qəzası olub, ölən var
Digər ölkələr14:25