Fettelin "Ferrari"dən gedişi "Formula 1"in səhmlərini azaltdı

Fərdi
  • 14 may, 2020
  • 14:24
Fettelin Ferraridən gedişi Formula 1in səhmlərini azaltdı

Almaniyalı pilot Sebastyan Fettelin "Ferrari"dən ayrılması "Formula 1"in səhmlərinin 4,5 faiz ucuzlaşmasına səbəb olub.

"Report"un "Formula Money"in rəsmi "Twitter" səhifəsinə istinadən məlumatına görə, bu, Nasdaq elektron birja indeksinin 2 faizdən çox azalmasında öz əksini tapıb.

Hazırda səhmlərin dəyəri 8863,17 balla qiymətləndirilir.

Qeyd edək ki, "Ferrari"dən ayrılan Sebastyan Fettelin "Mercedes"ə keçəcəyi gözlənilir.