Dünya çempionatı: Azərbaycan cüdoçuları üçüncü günü medalsız başa vurublar
Fərdi
- 29 avqust, 2025
- 12:56
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının üçüncü gününü medalsız başa vurublar.
"Report"un turnirə ezam olunan əməkdaşının məlumatına görə, Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Atxan Biçoyevi (IJF) məğlub etsə də, 1/8 finalda Veliko Varniçiçə (Serbiya) uduzub.
Səmayə Yusifli (57 kq) isə 1/16 finalda Nonoka Yamakavaya (Yaponiya) məğlub olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Son xəbərlər
02:35
"Al Jazeera": İordaniyanın şimalında İran raketləri ələ keçirilib
Digər ölkələr02:12
Foto
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
Hadisə02:08
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
Region01:44
Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib
Futbol01:31
ISNA: ABŞ ordusu Cask sahillərində mülki gəmini atəşə tutub - YENİLƏNİB-2
Region00:58
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
Futbol00:07
SEPAH: Küveyt və Bəhreyn limanlarındakı bütün neft tankerləri hədəf alınacaq
Region23:58
Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
Futbol23:52