Dördqat dünya çempionu Azərbaycan Qran-prisinin qalibini əvəzləyə bilər

Fərdi
  • 14 may, 2020
  • 10:18
Dördqat dünya çempionu Azərbaycan Qran-prisinin qalibini əvəzləyə bilər
Sebastyan Fettel

"Formula 1" üzrə dördqat dünya çempionu Sebastyan Fettel "McLaren"in təklifini rədd edib.

"Report"un "F1 Insider"ə istinadən verdiyi məlumata görə, 32 yaşlı pilot rəqabətə davamlı komandada çıxış etmək istədiyini bildirib. Almaniyalı sürücü ya "Mercedes"ə keçmək, ya da "Formula 1"dən getmək niyyətindədir. O, müqaviləsi 2020-ci ilin sonlarında başa çatacaq Valtteri Bottası əvəzləyə bilər. Düzdür, "Mercedes"in əsas pilotu, altıqat dünya çempionu Lüis Hemiltonun da sözləşməsi eyni vaxtda başa çatır. Amma Hemiltonun anlaşma müddəti tezliklə artırılacaq.

Qeyd edək ki, daha əvvəl "Ferrari" Sebastyan Fettelin 2020 mövsümündən sonra komandanı tərk edəcəyini açıqlayıb. Fettel İtaliya komandasına 2015-ci ildə "Red Bull"dan keçib. O, "Ferrari"nin üzvü kimi 101 yarışın 14-də qələbə qazanıb, habelə, iki dəfə vitse-çempion olub.