Daha bir federasiyada hesabat-seçki konfransı keçiriləcək

Fərdi
  • 20 dekabr, 2021
  • 16:30
Daha bir federasiyada hesabat-seçki konfransı keçiriləcək

Azərbaycan Triatlon Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev açıqlama verib.

Onun sözlərinə görə, konfrans dekabrın 21-də baş tutacaq. Tədbirdən sonra mətbuat konfransı olacaq.