Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşib
- 19 dekabr, 2025
- 20:02
Cüdo üzrə U-17 yeniyetmələr arasında Azərbaycan birinciliyində daha 5 çəki dərəcəsində medalçılar bəlli olub.
"Report" xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ikinci günündə 141 cüdoçu tatamiyə çıxıb.
Qızlar 44 kq, 57 kq, +70 kq, oğlanlar isə 55 kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar.
Qeyd edək ki, ölkə birinciliyi dekabrın 21-də başa çatacaq.
İkinci günün mükafatçılarını təqdim edirik:
Qızlar
44 kq
1. Nigar Heydərzadə (Champion 74)
2. Fatimə Abdullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Ayan Həsənli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Pərvin Sevxanlı (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
57 kq
1. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Səmayə Yusifli (Balaxanı İM)
3. Nəzakət Vəliyeva (Qədiroğlu İK)
3. Səma Vəlizadə (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
+70 kq
1. Zemfira Əliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. Ləman Abbasova (Abşeron Xırdalan)
3. Aysel Mustafazadə (İmişli)
3. Arzu Rəşidova (Sumqayıt şəhəri İOEUGİM)
Oğlanlar
55 kq
1. İbrahim Talıbov (Bakı şəhəri 6 nömrəli İOEUGİM PHŞ)
2. Rza Xəlilli (ROİL)
3. Məhəmməd Abdullazadə (Şuşa UGİM)
3. Turan Ayvazlı (ACF)
73 kq
1. Sadiq Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Xəyal Sərkərov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Yusuf Nəzər (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)