Britaniyalı bir ildə 365 marafonda iştirak edib
Fərdi
- 01 yanvar, 2023
- 04:58
Britaniyalı Qari Makki 2022-ci il üçün 365-ci marafon məsafəsini Yeni il ərəfəsində başa vuraraq, bu müddət ərzində 15 390 km qaçıb.
"Report" xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Makki ilin son qaçışını İngiltərənin şimalındakı Kambriya qraflığında başa vurub.
Sellafild nüvə kompleksinin 53 yaşlı əməkdaşı adətən işə vaxtında gəlmək üçün səhər saatlarında nəzərdə tutulan 42 km 195 m məsafəni qət edirdi. Layihənin əsas məqsədi xeyriyyəçilik üçün vəsait toplamaq idi. İl ərzində Makki iki təşkilat üçün 1 milyon funt sterlinq (1,2 milyon ABŞ dolları) toplayıb.
Ümumilikdə marafonçu 12 ay ərzində hərracda satdığı 22 cüt idman ayaqqabısından istifadə edib.
Son xəbərlər
08:14
Foto
Həftənin ilk günü Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:14
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət siyasəti08:03
ABŞ-də ultra uzaqmənzilli "hava-hava" sinifli raketin hazırlanmasına başlanılıb
Digər ölkələr07:53
Bu gün Tərtər, Ağdaş, Bərdə və Goranboyun, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika07:18
Qızılın qiyməti may ayından bəri ilk dəfə 4700 dolları keçib
Maliyyə06:49
Börnhemin dəftərxanası "SCALP" istehsalı üçün məxfi məlumatların Kiyevə veriləcəyini açıqlayıb
Digər ölkələr06:16
Nevada ştatında meşə yanğınları səbəbindən təxliyə elan edilib
Digər ölkələr05:50
"Mançester Siti" 18 yaşlı mərakeşli yarımmüdafiəçini 100 milyon avroya transfer edib
Futbol05:11