"Böyük Dəbilqə": Bu gün Hidayət Heydərov və daha 3 cüdoçu mübarizəyə başlayır

Fərdi
  • 21 mart, 2026
  • 09:36
Böyük Dəbilqə: Bu gün Hidayət Heydərov və daha 3 cüdoçu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində Kamran Süleymanov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar.

Hər iki idmançının rəqibi Belçikanı təmsil edir.

Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.

Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finaldan mübarizəyə başlayacaqlar.

Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə, Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.

"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin hesabında 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.